Şabran və Siyəzəndə örüş və taxıl sahələri yanıb

Şabran və Siyəzəndə örüş və taxıl sahələri yanıb
# 05 iyul 2018 13:53 (UTC +04:00)

Bu gün Şabran və Siyəzən rayonlarında taxıl və örüş sahələrində yanğın baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata, yanğın Şabranın Ağbaş, Siyəzənin Eynibulaq kəndləri ərazisində qeydə alınıb.

18 hektar biçilməmiş buğda, 30 hektar biçilmiş taxıl sahəsi, 240 hektar örüş sahəsi yanıb. Hava küləkli olduğundan alov qısa müddət ərzində dağlıq ərazilərə yayılıb. Sakinlərə məxsus əkin və otlaq sahələri də yanıb.

Yanğının söndürülməsi üçün əraziyə Şabran, Siyəzən və Xızı rayonlarının yanğından mühafizə hissəsinin yanğınsöndürmə briqadaları cəlb olunub, alov söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR