Maliyyə hesabatı verməyən partiyalarla bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunub

Maliyyə hesabatı verməyən partiyalarla bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunub
# 02 oktyabr 2017 10:22 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ölkədə maliyyə hesabatı verməyən partiyalarla bağlı qanunvericiliyə dəyişiklik edilməsini təklif edib.

APA-nın məlumatına görə, o, parlamentin bu gün keçirilən plenar iclasında bildirib ki, bəzi partiyalar xaricdə müxtəlif yerlərdən qrantlar alır, heç bir maliyyə hesabatı vermir: “Bir dəfə “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik etdik və bunun Mərkəzi Seçki Komissiyasına konkret hesabat verməsini göstərdik. Amma indi MSK bildirir ki, bir qrup partiya maliyyə hesabatı versə də, bir hissəsi vermir. Biz ona görə bununla bağlı yenə dəyişiklik etməliyik ki, onlar maliyyə hesabatı versin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR