Kolumbiyada oktyabrın 1-dən atəşkəs rejimi qüvvəyə minir

Kolumbiyada oktyabrın 1-dən atəşkəs rejimi qüvvəyə minir
# 30 sentyabr 2017 02:22 (UTC +04:00)

Kolumbiya prezidenti Xuan Manuel Santos üsyançı “Milli Azadliq Ordusu”-u (ELN) ilə atəşkəs rejiminə dair fərman imzalayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, sentyabrın əvvəlində Ekvadorda keçirilən danışıqlarda Kolumbiya hökuməti və “Milli Azadliq Ordusu” ölkədə atəşkəs rejiminə dair razılığa gəliblər. Oktyabrın 1-dən başlayan atəşkəs rejimi yanvarın 1-dək qüvvədə qalacaq. Hökumətlə üsyançılar arasında danışıqlar fevral ayında başlayıb.

Qeyd edək ki, 1964-cü ildən etibarən hökumətlə silahlı mübarizə aparan “Milli Azadlıq Ordusu” “Kolumbiya inqilabi silahlı qüvvələri”ndən (FARC) sonra ölkənin sayca ən iri üsyançı qruplaşmasıdır. Kolumbiya hökuməti ilə FARC arasında sülh müqaviləsi ötən ilin sentyabrında imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR