Azərbaycanda kommersiya banklarının xarici borclanması azalıb

Azərbaycanda kommersiya banklarının xarici borclanması azalıb
# 09 aprel 2018 09:44 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 5 mlrd. 258,4 mln. manat və ya 3,33 dəfə azalaraq 2018-ci ilin mart ayının 1-nə 2 252,9 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, yanvar ayı ilə müqayisədə fevralda bankların xarici borclanması 14,3 mln. manat və ya 0,63% azalıb.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2018-ci ilin martın 1-nə 6 472,3 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 596,3 mln. manat və ya 66,98% çoxdur. Məcmu xarici aktivlərin həcmində yanvar ayı ilə müqayisədə fevralda 166,7 mln. manat və ya 2,51%-lik azalma baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR