Keçən il Naxçıvan Muxtar Respublikasında 5 min 715 uşaq doğulub, 1963 ölüm hadisəsi qeydə alınıb.
APA-nın məlumatına görə, bunu Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyində keçirilən kollegiya iclasında Naxçıvan MR səhiyyə naziri Niyazi Novruzov bildirib.
N. Novruzov deyib ki, 2017-ci ildə Naxçıvanda təbii artım 3752 nəfər, doğum göstəricisi 12,6, ölüm göstəricisi 4,3, 1 yaşa qədər uşaq ölümü 8 nəfər olmaqla, 1,4 promilli təşkil edib.