I rübdə "Nikoil Bank"ın aktivləri artıb

I rübdə "Nikoil Bank"ın aktivləri artıb
# 12 aprel 2018 15:28 (UTC +04:00)

"Nikoil Bank" QSC-nin aktivlərinin həcmi 2018-ci ilin I rübündə 19,43% artaraq 488 mln. 369,180 min manat təşkil edib.


"APA-Economics" bankın açıqladığı hesabata istinadən xəbər verir ki, rüb ərzində bankın kredit portfeli 7,08% azalaraq 278 mln. 64,29 min manat olub.

Bankın depozit portfeli bu ilin aprelin 1-nə 250 mln. 38,37 min manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 7,92% çoxdur. İl ərzində bankın öhdəlikləri 5,73% artaraq 388 mln. 625,52 min manata enib.

Müqayisə olunan dövrdə bankın nizamnamə kapitalı 32,79% artaraq 245 mln. manata, məcmu kapitalı isə 2,27 dəfə artaraq 245 mln. manat olub.

Hesabat dövründə bankın gəlirləri 17,974 mln. manat, xərcləri isə 9,382 mln. manat olub. I rübdə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 8 mln. 902 min manat yönəldib.

Bank I rübü 309,320 min manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR