Peterburqda terror aktı hazırlamaqda şübhəli bilinən 7 nəfər saxlanılıb

Peterburqda terror aktı hazırlamaqda şübhəli bilinən 7 nəfər saxlanılıb
# 28 iyul 2017 11:20 (UTC +04:00)

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sankt-Peterburqda terror aktı hazırlamaqda şübhəli bilinən 7 nəfəri saxlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, saxlanılan şəxslərin hamısı Orta Asiya ölkələrinin vətəndaşlarıdır.

Onlar dəmiryolu nəqliyyatında və insanların sıx toplaşdığı yerlərdə terror aktları həyata keçirmək istəyib. Saxlanılanların şəxsiyyətləri açıqlanmasa da, müvafiq əməliyyat-istintaq işləri aparılır.

Rusiya Baş Prokurorluğun məlumatına görə, bu ilin ilk yarısında hüquq-mühafizə orqanları 12 terror aktının qarşısını alıb. Qeyd edək ki, apreldə Sankt-Peterburq metrosunda baş verən terror nəticəsində 16 nəfər ölüb. Partlayış zamanı bir azərbaycanlı ölüb, digəri isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR