İstirahət günlərinin hava proqnozu açıqlanıb

İstirahət günlərinin hava proqnozu açıqlanıb
# 01 iyun 2018 14:10 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günləri üçün hava proqnozunu açıqlayıb.

APA-nın məlumatına görə, Böyük və Kiçik Qafqazda iki gün ərzində əlverişsiz hava şəraiti müşahidə olunacaq, fasilələrlə leysan xarakterli yağış yağacaq. Havanın temperaturu dağətəyi rayonlarda 18-23, dağlıq rayonlarda isə 11-16 dərəcə isti təşkil edəcək.


Lənkəran-Astara bölgəsində iyunun 02-də arabir yağış yağacaq, iyunun 03-də isə yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu iyunun 02-də 17-22, iyunun 03-də 20-25 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında da iyunun 02-də əlverişsiz hava şəraiti müşahidə olunacaq, arabir leysan xarakterli yağış yağacaq, iyunun 03-də isə havanın yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu iyunun 02-də 18-23, iyunun 03-də 25-30 dərəcə isti təşkil edəcək.


Naxçıvan MR-da da arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 21-26 dərəcə isti təşkil edəcək.

Bakıda isə iyunun 2-də hava şəraitinin qeyri-sabit, küləkli olacağı, arabir yağış yağacağı gözlənilir. İyunun 3-də yağmursuz hava şəraiti müşahidə olunacaq, zəif cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu iyunun 02-də 17-20, iyunun 03-də 21-23 dərəcə isti təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR