BMT Sivilizasiyalar Alyansının nümayəndə heyəti Bakıda səfərdədir

BMT Sivilizasiyalar Alyansının nümayəndə heyəti Bakıda səfərdədir
# 08 sentyabr 2015 13:45 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. BMT Sivilizasiyalar Alyansının (BMTSA) 7-ci Qlobal Forumuna hazırlıqla əlaqədar təşkilatın nümayəndə heyəti Bakıya səfərə gəlib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti ilə Təşkilat Komitəsinin rəhbəri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə arasında görüş keçiriləcək.

Nümayəndə həyətinin Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzində bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Görüş çərçivəsində Azərbaycanla BMTSA arasında əməkdaşlığın hazırkı vəziyyəti, forumun keçirilməsi barədə müqavilənin mətni, forumun sessiyaları, iştirakçıların tərkibi, dövlət və hökumət başçılarının, nazirlərin dəvət olunması, tədbirin TV və internet üzərindən yayımlanması və digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, forumda BMT üzv ölkələri, BMT sisteminə daxil olan beynəlxalq təşkilatlar, tərəfdaş beynəlxalq qurumlar və QHT nümayəndələrindən ibarət 3000-dən artıq rəsmi şəxslərin iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR