Tibb müəssisələrinin akkreditasiyası keçiriləcək

Tibb müəssisələrinin akkreditasiyası keçiriləcək
# 11 mart 2019 18:03 (UTC +04:00)

Bu gün Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının növbəti iclası keçirilib.

Nazirlikdən ONA-ya verilən məlumata görə, innovativ inkişafın dəstəklənməsi sahəsində görülən və görüləcək işlər, tibb müəssisələrinin akkreditasiyası, Davamlı Tibbi Təhsil tətbiqi, etik komitənin strukturu və aparıcı fəaliyyət prinsipləri və s. bu kimi məsələlər iclasın gündəliyinə daxil edilib.

İclasda Səhiyyə Nazirinin müavini Rahim Əliyev, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev , Səhiyyə Nazirliyinin “Tibbi Yardımın Təşkili” şöbəsinin müdir müavini Nabil Seyidov gündəliyə daxil edilən mövuzlara dair məruzələrlə çıxış edib.

İctimai Səhiyyə və İslahar Mərkəzi tərəfindən tətbiq olunan Finlandiya protokollarına rəy verilməsi üçün aidiyyəti üzrə mütəxəssislərə yönədilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR