Rusiya, İran və Suriya xarici işlər nazirlərinin görüşü keçiriləcək

Rusiya, İran və Suriya xarici işlər nazirlərinin görüşü keçiriləcək
# 12 aprel 2017 14:59 (UTC +04:00)

Aprelin 14-də Moskvada Rusiya, İran və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O, üçtərəfli görüşdə Suriyadakı vəziyyətin müzakirə olunacağını söyləyib.


M. Zaxarova Suriyanın xarici işlər naziri Valid Müalliminin aprelin 13-15-də Moskvaya səfər edəcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR