ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın 2014-cü ildən bu vaxtadək Suriya və İraqda keçirdiyi əməliyyatlar nəticəsində azı 50 min silahlı məhv edilib.
APA-nın xəbərinə görə, bunu “Frans Press” ABŞ-dakı yüksək çinli hərbi məmura istinadən məlumat yayıb.
Mənbə məhv edilmiş silahlıların real sayının xeyli çox olduğunu istisna etməyib.
Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya 2014-cü ilin yay-payız aylarından başlayaraq İŞİD-in Suriya və İraqdakı mövqelərinə zərbələr endirir.