İdxal ediləcək qızıl-gümüş məmulatları 15 faiz gömrük rüsumuna cəlb olunacaq

İdxal ediləcək qızıl-gümüş məmulatları 15 faiz gömrük rüsumuna cəlb olunacaq
# 22 noyabr 2017 13:18 (UTC +04:00)

Gələn il yanvarın 1-dən Azərbaycana satış məqsədilə idxal ediləcək qızıl və gümüş məmulatları gömrük dəyərinin 15 faizi həcmində gömrük idxal rüsumuna cəlb ediləcək.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən qızıl birləşmələri və gümüş 0,5 faiz gömrük idxal rüsumuna cəlb olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR