Hacıqabulda müvəqqəti saxlama təcridxanasında 31 yaşlı şəxs özünü asaraq intihara cəhd edib.
APA-nın məlumatına görə, Hacıqabul rayon sakini, 1987-ci il təvəllüdlü Bağırov Eyvaz Müzəffər oğlu özünü asaraq intihar etmək istəyib.
Bundan xəbər tutan təcridxanada xidmətdə olan polis əməkdaşları onu xilas etməyə müvəffəq olublar. Xilas olunan şəxs ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.