Dövlət orqanlarında vakant vəzifələrlə bağlı müsahibə elan edilib

Dövlət orqanlarında vakant vəzifələrlə bağlı müsahibə elan edilib
# 28 fevral 2019 12:29 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 10 dövlət orqanında inzibati vəzifələrin 4-7- ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib.

Mərkəzdən ONA-ya verilən məlumata görə, elana çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə və məhkəmələrdə olmaqla 11-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 18-i isə B növü vəzifələrə (inzibati-icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Turizm Agentliyi və Əqli Mülkiyyət Agentliyində şöbə müdiri və şöbə müdirinin müavini, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun isə Dövlət Turizm Agentliyi və Əqli Mülkiyyət Agentliyində sektor müdiri vəzifələridir. Ümumilikdə isə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 3 vəzifə, Dövlət Statistika Komitəsində 7 vəzifə, Dövlət Turizm Agentliyində 2 vəzifə, Əqli Mülkiyyət Agentliyində 4 vəzifə, Mədəniyyət Nazirliyində 5 vəzifə, Təhsil Nazirliyində 2 vəzifə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində 1 vəzifə, Gəncə Hərbi Məhkəməsində 1 vəzifə, Hesablama Palatasında 2 vəzifə, Masallı Rayon Məhkəməsində 2 vəzifə olmaqla 29 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə DİM tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə 28 fevral 2019-cu il tarixindən 30 mart 2019-cu il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR