2017-ci ildə Azərbaycan qaz hasilatını 3%-ə yaxın azaldıb

2017-ci ildə Azərbaycan qaz hasilatını 3%-ə yaxın azaldıb
# 16 yanvar 2018 07:00 (UTC +04:00)

2017-ci il ərzində SOCAR 6 mlrd. 89 mln. kubmetr qaz hasil edib ki, bu da ötən ilin göstəricisindən 2,84% azdır.

APA-Economics”in xəbərinə görə, bu barədə SOCAR-ın statistik məlumatlarında bildirilir.

2017-ci ilin dekabr ayında SOCAR tərəfindən qaz hasilatı 550,9 mln. kubmetr həcmində olub ki, bu 2016-cı ilin dekabr ayı ilə müqayisədə 2,04% çoxdur. 2017-ci ilin noyabr ayı ilə müqayisədə isə qaz hasilatı 2,26% çoxdur.

2017-ci il ərzində Azərbaycan üzrə 28 mlrd. 597,9 mln. kubmetr qaz hasil edilib ki, bu da 2016-cı ilin 12 ayı ilə müqayisədə 2,62% azalma deməkdir.

Ölkə üzrə 2017-ci ilin dekabr ayında 2 mlrd. 510,6 mln. kubmetr qaz hasil edilib ki, bu da 2016-cı ilin dekabr ayı ilə müqayisədə 2,67% çoxdur. Ötən ilin noyabr ayı ilə müqayisədə isə ölkə üzrə qaz hasilatı 3,77% çoxdur.

SOCAR 2016-cı ildə 6 mlrd. 266,7 mln. kubmetr qaz hasil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR