Tramp Yaxın Şərqdəki əməliyyatlara xərclənən vəsaitin məbləğini açıqlayıb

Tramp Yaxın Şərqdəki əməliyyatlara xərclənən vəsaitin məbləğini açıqlayıb
# 26 yanvar 2018 15:48 (UTC +04:00)

"Ötən ilin dekabr ayına olan məlumatlara görə, ABŞ Yaxın Şərqdəki əməliyyatlara 7 trilyon dollar xərcləyib”.

APA-nın məlumatına görə, bunu CNBC telekanalına müsahibəsində ABŞ prezidenti Donald Tramp deyib.

“Bu çox böyük xərclərdir. Biz hələ də oradayıq, mən İŞİD-ə qalib gəldim. Biz yaxşı iş gördük. Lakin xərclərin yüksək olması məyusedici faktdır”, - deyə o vurğulayıb.

Bununla belə Tramp sözügedən xərclərin konkret hansı dövrü əhatə etdiyini dəqiqləşdirməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR