Ağdamda zəncirvari yol qəzası olub - YENİLƏNİB

Ağdamda zəncirvari yol qəzası olub - <span style="color: red;">YENİLƏNİB
# 09 fevral 2018 21:03 (UTC +04:00)

Ağdamda baş verən zəncirvari qəzadakı sürücülərin kimliyi məlum olub.

Ağdam Polis Şöbəsindən APA- nın Qarabağ müxbirinə verilən məlumata görə, “Mercedes” markalı avtomobilin sürücüsü Ərganov Mehman, “VAZ 2107” markalı maşının sürücüsü Əliyev Elşad, “VAZ 2106” markalı maşının sürücüsü Məhərrəmov Məhərrəm olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma davam etdirilir.

***

22:36

Ağdamda zəncirvari yol qəzası qeydə alınıb.

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Hərəkətdə olan “Mercedes” markalı “90 OF 568” qeydiyyat nömrə nişanlı maşın hərəkətdə olarkən “VAZ 2107” markalı “02 BR 552” qeydiyyat nömrəli maşınla toqquşub.

Zərbənin gücündən “Mercedes”in sürücüsü idarəetməni itirərək yol kənarındakı “VAZ 2106” markalı “02 BO 763” markalı maşına çırpılıb.

Hazırda polis əməkdaşları sürücülərin kimliyini araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR