Bakıda yaşayış binasında yanğın olub, 23 nəfər təxliyə edilib

Bakıda yaşayış binasında yanğın olub, 23 nəfər təxliyə edilib
# 18 noyabr 2017 15:48 (UTC +04:00)

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Yasamal rayonunda baş verib.

Binanın 7-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 8 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı 23 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR