Astara sakini qətlə yetirilib

Astara sakini qətlə yetirilib
# 02 fevral 2018 12:30 (UTC +04:00)

Astara rayon sakini evində ölü tapılıb. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Kolatan kənd sakini Vüsal Qasım oğlu Hüseynov hələlik məlum olmayan şəraitdə baş nahiyəsindən küt alətlə vurularaq öldürülüb.

40-45 yaşlarında olduğu bildirilən V.Hüseynov evdə tək yaşayırmış. O, bir neçə gün əvvəl Rusiya Federasiyasından rayona qayıdıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şəhər Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR