Tramp Ağ Evdən xəbərlərin sızmasında Barak Obamanı ittiham edib

Tramp Ağ Evdən xəbərlərin sızmasında Barak Obamanı ittiham edib
# 28 fevral 2017 06:54 (UTC +04:00)

Ağ Evi nüfuzdan salan informasiyaların mediaya sızdırılmasının arxasında keçmiş prezident Barak Obama və onun ətrafı durur.

APA-nın məlumatına görə, bu sözləri ABŞ prezidenti Donald Tramp “Fox News”-a müsahibəsində deyib.

O bunun çox ciddi məsələ olduğunu, ABŞ-ın milli təhlükəsizliyinə təsir etdiyini bildirib. Donald Tramp bu kimi xəbər sızdırmaların hələ də davam etdiyini qeyd edib.

Daha əvvəl CNN ABŞ prezidenti Donald Trampın Ağ Ev əməkdaşlarının jurnalistlərlə danışıb-danışmamasını öyrənmək üçün onların mobil telefonlarını yoxlamaq barədə qərar verdiyini yazmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR