Tbilisidəki Mtatsminda dağında yanğın lokallaşdırılıb

Tbilisidəki Mtatsminda dağında yanğın lokallaşdırılıb
# 01 sentyabr 2017 15:01 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisi şəhərində, Mtatsminda dağındakı meşə ərazisində yanğın lokallaşdırılıb.

APA-nın yerli bürosunun Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, ərazidə açıq yanğın ocaqları qeydə alınmayıb. Hadisə yerində 50-dən çox yanğınsöndürən və 10-a yaxın yanğınsöndürmə texnikası qalmaqdadır.

Yanğının lokallaşdırılmasında DİN-nin helikopteri də iştirak edib. İlkin məlumatlara görə, 2 hektara yaxın sahə yanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR