Dənizkənarı Milli Park ərazisində bir nəfər dənizə düşüb

Dənizkənarı Milli Park ərazisində bir nəfər dənizə düşüb
# 13 aprel 2018 05:21 (UTC +04:00)

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizə düşüb. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. 1992-ci il təvəllüdlü Pənahov Rəhim Nizam oğlu sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR