Xaçmazda evdən oğurluq edən şəxslər saxlanılıb

Xaçmazda evdən oğurluq edən şəxslər saxlanılıb
# 23 may 2018 11:01 (UTC +04:00)

Xaçmaz rayonunda oğurluq faktının üstü açılıb. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Qaraqurtlu kənd ərazisindəki evlərdən birinə pəncərəni sındırma yolu ilə evə qanunsuz daxil olan və ev sahibinə 1920 manat maddi ziyan vurmaqda şübhəli bilinən şəhər sakini Fərid Bayramov və Həsənqala kənd sakini Tahir Şahnəzərov saxlanılıblar.


Dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf edən hər iki şəxs gecə saatlarında pəncərəni daşla sındıraraq daxil olduqlarını, oradan dəyəri 1000 manat olan 1 ədəd kombi istilik sistemi və 4 ədəd hər birinin dəyəri 230 manat olan taxta qapı oğurladıqlarını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR