Bakı-Qazax yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakı-Qazax yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var
# 25 oktyabr 2017 12:15 (UTC +04:00)

Bakı-Qazax yolunun Ağstafa rayonundan keçən hissəsində iki avtomobil toqquşub.

APA-nın qərb bürosunun xəbərinə görə, “VAZ 21 07” və “Niva” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Onlar Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlardan birinin vəziyyəti normal, digərinin durumunun isə orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR