Goranboyda minik və yük avtomobilləri toqquşub, xəsarət alan var

Goranboyda minik və yük avtomobilləri toqquşub, xəsarət alan var
# 26 iyul 2018 07:21 (UTC +04:00)

Goranboyda yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Goranboy- Ağcakənd avtomobil yolunun Səfikürd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan yük avtomobilinin idarəetmədən çıxması nəticəsində arxadan gələn “VAZ 2107” markalı minik avtomobili ona çırpılıb. Qəza zamanı Goranboy rayon sakini, 1989-cu il təvəllüdlü Samir Rzayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR