Deputat İsmayıllıda qəbul keçirib

Deputat  İsmayıllıda qəbul keçirib
# 06 oktyabr 2017 13:40 (UTC +04:00)

Oktyabrın 6-da millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna növbəti səfərini edib.

Deputatın qərargahından APA-ya bildirilib ki, millət vəkili rayonun Keyvəndi və Şəbiyan kəndlərində seçicilərini qəbul edib, onların problemləri ilə maraqlanıb. Sakinlər müxtəlif mövzularda müraciətlər ediblər. Sosial yönümlü məsələlərlə yanaşı kəndin yol, elektrik dirəklərinin yeniləri ilə əvəzlənməsi məsələləri deputatın diqqətinə çatdırılıb.

Deputat bu problemlərin həlli üçün müvafiq qurumlara müraciətin ediləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR