“Qarabağ” futbol klubu bəyanat yayıb

“Qarabağ” futbol klubu bəyanat yayıb
# 25 avqust 2017 18:03 (UTC +04:00)

“Qarabağ” futbol klubu bəyanat yayıb. Apasport.az saytının məlumatına görə, buna səbəb son vaxtlar bəzi şirkətlərin komandanın loqosundan ticari məqsədlər üçün istifadə etməsidir.

Bu hüquq yalnız klubun sponsoru “Azərsun Holdinq”ə məxsus olsa da, bəzilərinin buna məhəl qoymaması klubu sərt addımlar atması ilə nəticələnə bilər: “Qarabağ” FK-nın Azərbaycan futbol tarixində görünməmiş uğura imza ataraq Çempionlar Liqasının qrup mərhələsinə yüksələrək bütün ölkədə böyük sevincə səbəb olub. İnsanların kütləvi şəkildə öz sevinclərini müxtəlif şəkildə göstərməsini məmnuniyyətlə qarşılayır və buna səbəb olmağın qürurunu ifadə edirik. Amma çox təəssüf edirik ki, bəzi şirkətlər xalqın ümumi sevgisindən öz ticari maraqları üçün istifadə edərək “Qarabağ”ın adından, loqotipindən yararlanırlar. Bildirmək istəyirik ki, “Qarabağ” FK loqo və brendindən istifadə etmək hüququ sadəcə klubun sponsoru "Azərsun Holdinq"ə məxsusdur. Klub loqosu və brendindən icazəsiz olaraq reklam xarakteri paylaşımlar, bildirişlərə qarşı hüquqi prosedur başladılacaq”.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının qrupunda mübarizə aparacaq ilk Azərbaycan klubu kimi tarixə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR