İslamiadanın beşqat qalibi Dünya Kubokunda 32-ci olub

İslamiadanın beşqat qalibi Dünya Kubokunda 32-ci olub
# 26 fevral 2019 09:06 (UTC +04:00)

Hindistanın Nyu Dehli şəhərində güllə atıcılığı üzrə Dünya Kubokuna start verilib. ONA-nın məlumatına görə, yarışın ikinci günündə Azərbaycan millisinin üzvü Ruslan Lunyov da hədəf önünə keçib.

İslam Həmrəyliyi Oyunlarının beşqat qalibi 10 m məsafəyə atəşaçmada 32-ci yeri tutub. O, ikinci cəhdində 25 m məsafəyə atəşaçmada dəqiqliyini yoxlayacaq.

Qeyd edək ki, Dünya Kubokunda 61 ölkədən 502 idmançı mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR