QAT üzvləri Qarabağ təbliğat turu çərçivəsində Gürcüstana səfər edib

QAT üzvləri Qarabağ təbliğat turu çərçivəsində Gürcüstana səfər edib
# 24 oktyabr 2016 14:36 (UTC +04:00)

Tiflis. Etibar Məmmədov - APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) təbliğat qrupu Gürcüstana səfər edib.

APA-nın xəbərinə görə, qrupa QAT sədrinin birinci müavini İlqar Əliyev, QAT İdarə Heyətinin üzvləri, Gürcüstan təmsilçiləri daxildir. Təbliğat qrupunun səfəri zamanı “Qarabağ həqiqətləri” filminin nümayiş etdirilməsi, Qarabağ münaqişəsinə dair kitabların paylanması, konfrans, dəyirmi masa, görüş və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Səfərdə məqsəd Gürcüstan cəmiyyətinə Qarabağa dair daha çox bilgilərin verilməsi, yerli QHT, elm adamları, müxtəlif sosial qruplarla əməkdaşlıq əlaqələrinin genişləndirməkdən ibarətdir.

Səfər Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR