Şabranda maşın aşıb, 6 nəfər xəsarət alıb

Şabranda maşın aşıb, 6 nəfər xəsarət alıb
# 22 iyul 2017 16:05 (UTC +04:00)

Şabran rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun 1-ci km-də baş verib.

"Mercedes" markalı maşınının aşması nəticəsində 6 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Xaçmaz, Şabran Mərkəzi Rayon xəstəxanalarına və Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlardan 3-ü azyaşlıdır.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR