Bank Of Baku

Prokurorluq polisin vəkili döyməsi barədə məlumatları araşdırır

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 17 avqust 2021 11:48 (UTC +04:00)

Bəzi kütləvi informasiya vasitələrində Şirvan Apellyasiya Məhkəməsində keçirilən proses zamanı vəkil Coşqun İsgəndərova zalda olan Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən təzyiq göstərilməsi barədə məlumatlar yayılıb.
Şirvan şəhər prokurorluğu tərəfindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı hazırda Şirvan şəhər prokurorluğunda araşdırma aparılır. 
Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmaqla qanuni qərarın qəbul edilməsi təmin ediləcək.

Həmçinin, qeyd olunub ki, 13 avqust 2021-ci il tarixdə saat 15:00-15:30 radələrində Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında cinayət işinə apellyasiya qaydasında baxılan zaman bilavasitə məhkəmə iclası zalında və binanın inzibati zonasında asayişin kobud formada pozulması barədə Şirvan şəhər prokurorluğuna Şirvan Apellyasiya Məhkəməsindən material daxil olub.

Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmaqla qanuni qərarın qəbul edilməsi təmin ediləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR