Anjey Kaspşikin ofisində fəaliyyət göstərənlərin sayı artırılır

Anjey Kaspşikin ofisində fəaliyyət göstərənlərin sayı artırılır
# 29 mart 2017 11:44 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin ofis heyətinin sayının 7 nəfərə kimi artırılması nəzərdə tutulur.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov ötən gün qondarma “Dağlıq Qarabağ Respublikası”nın “rəhbəri” Bako Saakyanla görüşünün yekunlarını şərh edərkən deyib. O, bu və digər texniki məsələlərin müzakirə olunduğunu qeyd edib.


Qeyd edək ki, hazırda ofisdə 5 nəfər fəaliyyət göstərir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR