BNA küləkli hava şəraiti ilə bağlı sərnişinlərə xəbərdarlıq edib

BNA küləkli hava şəraiti ilə bağlı sərnişinlərə xəbərdarlıq edib
# 30 mart 2018 06:48 (UTC +04:00)

Bakı Nəqliyyat Agentliyi Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə bağlı sərnişinlərə xəbərdarlıq edib.

Agentlikdən "APA-Economics"ə bildirilib ki, BNA sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını tövsiyə edir.

"Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamaq, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşmələrini xahiş edirik", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR