Gəncə şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın qərb bürosunun xəbərinə görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Şəhər sakini, 1950-ci il təvəllüdlü Bəhmən Cabbarov idarə etdi “Hyundai” markalı avtomobillə yolu keçmək istəyən şəhər sakini, 1955-ci il təvəllüdlü Yeganə Verdiyevanı vurub. Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.