Rusiyada 6 nəfərin ölümü ilə nəticələnən qəza baş verib

Rusiyada 6 nəfərin ölümü ilə nəticələnən qəza baş verib
# 11 yanvar 2018 07:18 (UTC +04:00)

Rusiyanın Novosibirsk vilayətində baş verən yol-nəqliyyat hadisəsi zamanı 6 nəfər ölüb.

APA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə baş idarəsi məlumat yayıb.

İki avtomobilin toqquşması nəticəsində daha 3 nəfər xəsarət alıb.

İlkin ehtimala əsasən, avtomobillərdən biri magistral yolda hərəkətdə olarkən qarşı yola çıxıb və əks istiqamətdə hərəkət edən avtomobilə çırpılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR