“S&P”: Azərbaycanda çevik məzənnə rejimi xarici valyuta ehtiyatlarının qorunmasına yardım edib

“S&P”: Azərbaycanda çevik məzənnə rejimi xarici valyuta ehtiyatlarının qorunmasına yardım edib
# 27 yanvar 2018 10:58 (UTC +04:00)

“Manatın məzənnəsinin çevikliyinin artırılması xaric təzyiqlərin azalmasına və xarici valyuta ehtiyatlarının qorunmasına yardım edib”.

APA-Economics” xəbər verir ki, bu barədə “Standard&Poor’s” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqi ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Agentliyin analitikləri qeyd edir ki, Azərbaycan Mərkəzi Bankının ölkədə iqtisadi inkişafa təsir etmək qabiliyyəti olduqca məhduddur. “Ölkədə depozitlərin dollarlaşma səviyyəsi 60 faizdən yüksəkdir, bu isə Mərkəzi Bankın daxili monetar şəraitə təsir etmək cəhdlərini kəskin şəkildə məhdudlaşdırır. Bundan başqa, ölkənin yerli valyutada borc kapital bazarı kiçikdir və inkişaf etməyib. Mərkəzi Bankın əməliyyat müstəqilliyi də məhdud olaraq qalır,” – deyə hesabatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR