Gəncədə mənzilə basqın edən şəxs ev sahibini və qızını döyüb

Gəncədə mənzilə basqın edən şəxs ev sahibini və qızını döyüb
# 05 sentyabr 2017 11:18 (UTC +04:00)

Gəncədə mənzilə basqın edən şəxs ev sahibini və qızını döyüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 3-də Gəncədə yaşayan İ. İsmayılovanın evinə girmiş qonşusu İbrahim Vəliyev onu və qızı İlahəni döyərək pul vermələrini tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Vəliyev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR