Füzulidə 100 hektar biçilmiş taxıl sahəsi yanıb

Füzulidə 100 hektar biçilmiş taxıl sahəsi yanıb
# 21 iyul 2017 23:43 (UTC +04:00)

Füzuli rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Füzuli rayonu, Alxanlı kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 100 ha biçilmiş taxıl sahəsi yanıb.

Yaxınlıqdakı digər əkin sahələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR