Cocuq Mərcanlıda piyada əleyhinə mina aşkarlanıb

Cocuq Mərcanlıda piyada əleyhinə mina aşkarlanıb
# 22 noyabr 2017 22:12 (UTC +04:00)

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi ərazisində Agentlik tərəfindən noyabrın 22-də keçirilən əməliyyat barədə operativ məlumat yayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Cocuq Mərcanlı kəndinin ətrafında olan, suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazidə gün ərzində 29 300 kv.m (2.93 ha) ərazi tam təmizlənib, 7 500 kv.m (0.75 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 36 800 kv.m (3.68 ha)), 2 ədəd partlamamış hərbi sursat (RQ-42) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. Əməliyyatlarda 56 nəfərlik şəxsi heyət iştirak edir.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR