“Apamark” “Gilan Südçülük Kompleksi” üçün loqo hazırlayıb

“Apamark” “Gilan Südçülük Kompleksi” üçün loqo hazırlayıb
# 04 dekabr 2017 07:00 (UTC +04:00)

2017-ci ildə kənd təsərrüfatı və qida sektoru üzrə layihələrdə aktiv iştirak edən “Apamark” şirkəti “Gilan Südçülük Kompleksi”nin loqo və loqo qaydaları sifarişi işini uğurla tamamladı.

Gilan Kənd Təsərrüfatı portfelinə daxil olan Gilan Südçülük Kompleksi üçün hazırlanmış loqo İconic (Aykonik) üslubda yığılıb. Loqoda iri buynuzlu heyvan və süd damcısı əks olunub.

“Apamark” şirkətinin qrafik dizayneri Bəhruz Manafovun sözlərinə görə Azərbaycanda kənd təsərrüfatı üzrə fəaliyyət göstərən şirkətlərin öz işlərinə yeni nəfəs gətirməsi və marketinq sahəsinə önəm vermələri sevindirici bir haldır. Şirkətimiz tərəfindən “Gilan Südçülük Kompleksi”nə 3 loqo konsepti təqdim olunub və sifarişçi tərəf kompleksin fəaliyyətinə daha yaxın olan bu loqonun üzərində qərarlaşıb. Yeni loqo kompleksə aid bütün yazılı, elektron sənəd, xəbər və reklam formalı bütün nəşrlərdə əks olunacaq.

Qeyd edək ki, “Apamark” marketinq və PR şirkəti bu yaxınlarda süd və süd məhsulları sahəsində ixtisaslaşan bir markanın yeni saytını təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR