Lavrov və Çavuşoğlu arasında telefon danışığı olub

Lavrov və Çavuşoğlu arasında telefon danışığı olub
# 30 mart 2018 19:17 (UTC +04:00)

Rusiya XİN rəhbəri Sergey Lavrov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

«Nazirlər qarşıdan gələn yüksək səviyyəli danışıqlar ərəfəsində ikitərəfli əlaqələrin bir sıra aktual məsələlərini müzakirə etdilər”, məlumatda bildirilir.

Söhbət Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Qeyd edək ki, aprelin 4-də Suriya üzrə Türkiyə-Rusiya-İran sammiti keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR