Elmin İnkişafı Fondu və "Thomson Reuters" şirkəti "Web of Science” mükafatlarını təqdim edib

Elmin İnkişafı Fondu və "Thomson Reuters" şirkəti "Web of Science” mükafatlarını təqdim edib
# 08 noyabr 2016 07:54 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əməkdaşlıq etdiyi, dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı və mənbəyi olan "Thomson Reuters" şirkəti ilə birgə Azərbaycan elmi ictimaiyyəti üçün “Web of Science” mükafatları -2016"nı (Award Ceremony “Web of Science Awards – 2016” for Azerbaijani scientific community) təqdim edib.

Elmin İnkişafı Fondunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mükafatçıların siyahısı təbiət elmləri, sosial və humanitar elmlər sahəsində elmi aparıcı axtarış platforması olan Web of Science bazası əsasında tərtib olunub. Analiz "Thomson Reuters" və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edən elmi tədqiqatlar və əqli mülkiyyət bölməsindən olan ekspertlər tərəfindən aparılıb.

"Thomson Reuters" şirkəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "Elmin inkişafına görə" ən yüksək mükafatına Bakı Dövlət Universiteti və AMEA Fizika İnstitutu layiq görülüb.

"Web of Science” mükafatına layiq görülən Azərbaycanın nüfuzlu universitet və elmi-tədqiqat qurumları aşağıdakılardır:

Milli Aviasiya Akademiyası
ADA Universiteti
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Tibb Universiteti
Azərbaycan Texniki Universiteti
Azərbaycan Memarlıq və İnşaat Universiteti
AMEA Riyaziyyat və Mexanika İnstitutu
AMEA İnformasiya Texnologiyaları İnstitutu
AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu
AMEA Neft-Kimya Prosesləri İnstitutu
AMEA İdarəetmə Sistemləri İnstitutu
AMEA Polimer Materialları İnstitutu


"Web of Science” mükafatına layiq görülən Azərbaycanın elmi jurnalları aşağıdakılardır:

Azerbaijan Journal of Mathematics (AMEA Riyaziyyat və Mexanika İnstitutu tərəfindən nəşr olunur);
Khazar Journal of Humanities and Social Sciences (Xəzər Universiteti tərəfindən nəşr olunur);
TWMS Journal of Pure and Applied Mathematics (Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu tərəfindən nəşr olunur).


Bu jurnallar bir müddət əvvəl Web of Science referativ bazasına daxil olunmasına baxmayaraq, keyfiyyəti, ölkədə və xaricdə elmi mühakimə inkişafına təsirinə görə dünya elmi ictimaiyyətinin diqqətini cəlb edib.

Mükafatlar, həmçinin “Web of Science” bazasında indeksləşdirilmiş, beynəlxalq jurnallarda dərc edilmiş və onlarla istinadlar edilmiş elmi əsərlərin müəlliflərinə təqdim edilib.

Mükafatlandırma mərasimindən sonra Bakıda Azərbaycanda nəşr olunan elmi jurnalların redaktorları üçün "Thomson Reuters" şirkətinin və Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə elm və əqli mülkiyyət üzrə aparıcı mütəxəssisləri tərəfindən “Azərbaycanın elmi jurnalları – beynəlxalq səviyyəyə doğru irəliləyiş” mövzusunda seminar-təlim (Workshop “Azerbaijani scientific journals: progressing towards international levels”) keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR