Ağstafa sakini bıçaqlanıb

Ağstafa sakini bıçaqlanıb
# 10 oktyabr 2017 08:28 (UTC +04:00)

Ağstafada bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Yuxarı Göyçəli kənd sakini, 1988-ci il təvəllüdlü Anar Kərimov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, onu mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Cinayəti törədənin saxlanıldığı bildirilir.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR