Efiopiyada sərnişin təyyarəsi qəzaya uğrayıb, 157 nəfər ölüb

Efiopiyada sərnişin təyyarəsi qəzaya uğrayıb, 157 nəfər ölüb
# 10 mart 2019 12:47 (UTC +04:00)

Bu gün səhər Efiopiyada göyərtəsində 157 sərnişinin olduğu “Boeing 737” təyyarəsi qəzaya uğrayıb.

ONA-nın “RİA Novosti’ agentliyinə istinadən verdiyi məlumata görə, Efiopiya baş naziri Abiy Əhməd Əli “Ethiopian Airlines” aviaşirkətinə məxsus olan və Keniyaya Nayrobi şəhərinə uçan təyyarənin qəzaya uğradığını bildirib.

Təyyarə yerli vaxtla saat 08:44 radələrində Oromiya regionunda, Debre-Zeyt yaşayış qəsəbəsi yaxınlığında yerə çırpılıb.

Baş nazir Efiopiya hökuməti və xalqı adından qəzada ölənlərin ailələrinə başsağlığı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR