Bolqarıstan prezidenti: "Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər"

Bolqarıstan prezidenti: "Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər"
# 12 fevral 2018 12:07 (UTC +04:00)

Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bu sözləri Bolqarıstan prezidenti Rumen Radev Ermənistana səfəri çərçivəsində ermənistanlı həmkarı Serj Sarkisyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Bolqarıstanın bu münaqişə ilə bağlı mövqeyi aydındır: “Bizim mövqeyimiz münaqişənin ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi və Avropa İttifaqının köməyi ilə sülh yolu ilə həll olunmasıdır”.


Bolqarıstan lideri Azərbaycan və Ermənistan prezidentləri arasında aktiv dialoqun aparılmasının vacibliyini də vurğulayıb: “Dialoq emosiyalarsız olmalı, müdrikliyə əsaslanmalıdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR