Ötən il “Azərkosmos” peyk xidmətlərinin ixracından 23 mln. dollar əldə edib

Ötən il “Azərkosmos” peyk xidmətlərinin ixracından 23 mln. dollar əldə edib
# 18 yanvar 2018 09:50 (UTC +04:00)

“Azərkosmos” ASC dünyanın 20-dən çox ölkəsinə peyk xidmətləri ixrac etməkdədir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bu, “İxrac İcmalı”nın 2018-ci ilin yanvar sayında öz əksini tapıb.

2017-ci ilə olan məlumata görə, peyk telekommunikasiya xidmətlərinin (Azerspace-1) ixracından 14 mln. ABŞ dolları, optik peyk xidmətlərinin (Azersky) ixracından isə 9 mln. ABŞ dolları gəlir əldə edib.

Ümumilikdə “Azərkosmos” ASC tərəfindən 2017-ci ildə 23 mln. ABŞ dolları dəyərindən xidmət ixracı həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR