Səfir: " Misirlə Azərbaycan mədəni əlaqələr qurulduğu andan davamlı şəkildə inkişaf edib"

Səfir: " Misirlə Azərbaycan mədəni əlaqələr qurulduğu andan davamlı şəkildə inkişaf edib"
# 16 aprel 2018 16:48 (UTC +04:00)

Aprelin 16-da Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzin və “Esmeralda” Rəsm Studiyasının birgə təşkilatçılığı ilə “Misir Azərbaycan uşaqlarının gözü ilə” adlı sərgi keçirilib.

Səfirlikdən APA-ya verilən xəbərə görə, sərgidə iştirak edən Misirin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Adel İbrahim bildirib ki, Misirlə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələr birgə əməkdaşlığın möhkəmləndirilməsində və xalqlarımız arasında qarşılıqlı anlaşmada mühüm rol oynayıb, mədəni əlaqələr qurulduğu andan davamlı şəkildə inkişaf edib.

Onun sözlərinə görə, Misirlə Azərbaycan arasında elmi-mədəni əməkdaşlıqda canlı bir körpü rolunu oynayan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Misir incəsənətinin və mədəniyyətinin özəlliklərini çatdırmaqda öz töhfəsini verir.

Sonra çıxış edən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi Azərbaycanlı gənclərin incəsənətə, mədəniyyətə böyük maraqlarından, Misirdə keçirilən beynəlxalq rəsm müsabiqələrində yüksək nəticələr əldə etmiş qaliblər haqqında məlumat verib.

Daha sonra “Esmeralda” Rəsm Studiyasının rəhbəri rəssam Esmeralda Tağızadə 2011-ci ildən etibarən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə əməkdaşlıqdan, birgə həyata keçirilmiş layihələrdən, Azərbaycan Rəssamlaq İttifaqında, Azərbaycan Rəssamlıq Akademiyasında keçirilmiş sərgilər barədə məlumat verib.

Sonda ziyarətçilər “Misir Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisində nümayiş etdirilən əsərlərlə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR