Şirvanda yük maşını 4 yaşlı uşağı vurub

Şirvanda yük maşını 4 yaşlı uşağı vurub
# 25 iyul 2018 22:29 (UTC +04:00)

Şirvanda yük maşını azyaşlı uşağı vurub.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, hadisə M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb.

Hərəkətdə olan “Ford” markalı, “18 BE 990” dövlət nömrə nişanlı yük avtomobili 2014-cü il təvəllüdlü İbadov Sinan Elşən oğlunu vurub.

Ağır kəllə-beyin travması alan azyaşlı Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR