Azərbaycan Gürcüstandan dərman idxalını 7 dəfə artırıb

Azərbaycan Gürcüstandan dərman idxalını 7 dəfə artırıb
# 21 fevral 2017 10:25 (UTC +04:00)

Bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana 890,2 min ABŞ dolları dəyərində 170,1 ton dərman preparatları ixrac edilib. Bu barədə “APA-Economics” Gürcüstanın Statistika Xidmətinə istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından ötən ilin yanvar ayı ilə müqayisədə 18,29 dəfə çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 7,11 dəfə çoxdur.


Qeyd edək ki, 2016-cı ilin yanvar ayında Gürcüstandan Azərbaycanda 125,1 min dollar dəyərində 9,3 ton dərman ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR